Загрузка...
Xəbər lenti



Загрузка...

Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
22 Mart 2017 / 16:15 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4

Danimarkada baş örtüyünü çıxarmayan qadınlar işsizlərə verilən müavinətdən məhrum ediləcəklər.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni qərara əsasən hicabını çıxarmamaq üçün dövlətin təklif etdiyi işlərdə çalışmaq istəməyən işsizlərə müavinət verilməyəcək.

Artıq Danimarkanın ən böyük bələdiyyələrindən ikisi təklif olunan iş yerlərində baş örtüklərinin istifadə edilməməsi istəyinə qarşı çıxan və bu səbəbdən işi qəbul etməyən hicablı işsizlərin müavinətlərini kəsib.

Danimarkanın əmək qanunvericiliyinə görə, işsiz danimarkalılar işverən qurumların təklif etdiyi işlərin onlara uyğun olub-olmadığını müzakirə etmədən qəbul etməlidirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə