Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvadakı yanğında 36 nəfər öldü
Moskvadakı yanğında 36 nəfər öldü
26 Aprel 2013 / 10:29 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Moskvanın Dmitrov rayonunun Ramenskiy qəsəbəsində psixonevroloji klinikada baş vermiş güclü yanğın nəticəsində 36 nəfər ölüb. arxiv.bizimxeber.az xəbər verir ki, “İTAR-TASS” 41 saylı xəstəxanada cəmi 41 adam olub, onlardan yalnız 3 nəfər klinikanı tərk edə bildiyi məlumatı yayıb.  “İlkin məlumata görə, yanğın nəticəsində 36 nəfərin öldüyü ehtimal olunur, lakin yanğınsöndürənlər hələlik yalnız 12 nəfərin cəsədini aşkar edib”, deyə agentliyə Rusiya FHN-dən məlumat verilib.  Məlumata görə, yanğın bu gün gecə saatlarında, xəstələr yatarkən baş verib.  FHN nümayəndəsi qeyd edib ki, 8 nəfərin cəsədi palatalarda aşkarlanıb, xəstə ehtimal olunan 4 nəfərin yanmış meyiti isə binanın çıxış hissəsində aşkarlanıb. Yəni onlar yanan binanı tərk etməyə çalışıb.

Qeyd edək ki, xəstəxananı tərk etmiş 3 nəfərdən ikisi tibbi heyət üzvü, biri isə xəstə olub.

FHN-də qeyd ediblər ki, ağır nəticələrə səbəb yanğın barədə gec məlumatlandırılma olub. “Yanğın barədə məlumat yerli vaxtla 02.23-də daxil olub, ilk yanğınsöndürənlər hadisə yerinə gəldikdə alov artıq bütün binanı bürümüşdü”, deyə FHN nümayəndəsi qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə