Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukraynadan Rusiyaya “Eurovision” ZƏRBƏSİ
Ukraynadan Rusiyaya “Eurovision” ZƏRBƏSİ
22 Mart 2017 / 17:07 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4

Bu il Ukraynada keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənni Yuliya Samoylova buraxılmayacaq.

Apa-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Y. Samoylova Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.

Sənəd 3 il ərzində müğənninin Ukrayna ərazisinə daxil olmasına qadağanı nəzərdə tutur. Buna səbəb onun 2015-ci ildə Krımda konsertdə iştirak etməsidir.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən Krıma səfər etmək istəyən xaricilər bunun üçün rəsmi Kiyevdən xüsusi icazə almalıdır.

Xatırladaq ki, bundan əvvəl mediada Ukrayna Təhlükəsizlik Xidmətinin belə bir sənəd hazırladığı barədə məlumat yayılıb. Martın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, təşkilatçılar Rusiyanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisinin əvəzlənməsini nəzərdə tutmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə