Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qərargah: Tapılan meyitin itkin düşən neftçi olduğu təsdiqlənib
Qərargah: Tapılan meyitin itkin düşən neftçi olduğu təsdiqlənib
22 Mart 2017 / 17:20 / Baxış sayı: 1000
Font1 Font2 Font3 Font4

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində nasos qurğularının maşinisti vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib.

“Report” xəbər verir ki, bunu Axtarış-Xilasetmə Qərargahından bildiriblər.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, “Azərbaycan  Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə