Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Separatçı rejim heç Ermənistan tərəfindən tanınmayıb”
“Separatçı rejim heç Ermənistan tərəfindən tanınmayıb”
26 Aprel 2013 / 10:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
“Dağlıq Qarabağın erməni icmasının ayrıca tərəf olaraq danışıqlara qoşulması absurd fikirdir. Bu separatçı rejim nəinki xarici dövlətlər, heç Ermənistan tərəfindən də tanınmayıb”.

arxiv.bizimxeber.az-ın məlumatına görə,  bu açıqlamanı jurnalistlərə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, ermənilərin yeganə nicat yolu dialoqdan keçir və bunu beynəlxalq təşkilatlar da anlayır: “Münaqişədə ədalətli tərəf Azərbaycan və azərbaycanlılardır. Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər”.

B.Səfərov azərbaycanlıların doğma torpaqlarına qayıdacaqlarına əmin olduğunu, Azərbaycan bayrağının Xankəndidə, Şuşada dalğalanacağını da qeyd edib: “Separatçılar, terrorçular və digər cinayətkarlarla mübarizə aparmaq Azərbaycanın daxili işidir. Buna Azərbaycanın bütün meyarlar üzrə imkanı var”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə