Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Londonda metro stansiyası bağlandı-Terror təhlükəsi
Londonda metro stansiyası   bağlandı-Terror təhlükəsi
23 Mart 2017 / 8:57 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

London metrosunun “Qrinviç” stansiyasının sərnişin və personalı şübhəli bağlama səbəbindən təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə “Daily Express” qəzeti yazıb.

Stansiya polis tərəfindən mühasirəyə alınıb.

İctimai nəqliyyat ilə stansiya arasında əlaqə kəsilib.

Martın 22-də Londonun Vestminster körpüsü üzərində terror aktı törədilib. Avtomobil ilə hərəkətdə olan naməlum kişi maşını piyadaların üzərinə sürüb. Lakin sonda maneəyə çırpılıb. Daha sonra kişi maşından çıxıb və bıçaqla polislərdən birinə xəsarət yetirib, ardınca polisin həmkarları caniyə atəş açaraq onu öldürüblər. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə