Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tokio Fond Birjasında kotirovkaların kəskin enişi qeydə alınıb
Tokio Fond Birjasında kotirovkaların kəskin enişi qeydə alınıb
23 Mart 2017 / 9:26 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4

Martın 22-də Tokio Fond Birjasında ABŞ Prezidenti Donald Trampın siyasətinin qeyri-müəyyənliyi səbəbindən səhmlərin kotirovkaları 400 bənddən çox aşağı düşüb.

Bu, ötən ilin noyabrında D.Tramp prezident seçkilərində qalib gəldikdən sonra ən böyük enişdir. D.Trampın seçkilərdə qələbəsindən sonra kotirovklar fasiləsiz şəkildə qalxmaqda davam edirdi.

Günün sonuna doğru Nikkey indeksi 19041 səviyyəsində qərarlaşıb ki, bu da əvvəlki günlə müqayisədə 414 bənd aşağıdır.

TOPİX indeksi də əvvəlki günlə müqayisədə 33 bənd itirib və 1530 həddinə düşüb.

Bazar mənbələrinin bildirdiyinə görə, D.Trampın siyasətindəki qeyri-müəyyənlik iqtisadiyyata və digər sahələrə ciddi təsir edir. Həmin mənbələr səhiyyə sahəsində islahatlarla bağlı D.Trampın siyasəti nəticəsində ABŞ-ın Respublikaçılar Partiyası daxilində yaranan qarşıdurmanı əsas kimi göstərirlər.

Bundan əlavə, yapon milli valyutasının dollara nisbətdə məzənnəsinin dəyişməsi də kotirovkaların enməsinin səbəblərindən biri kimi qeyd edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə