Загрузка...
Xəbər lenti



Загрузка...

Silah anbarlarında partlayışlar, insanlar köçürüldü – Ukraynada – YENİLƏNİB
Silah anbarlarında partlayışlar, insanlar köçürüldü – Ukraynada – YENİLƏNİB
23 Mart 2017 / 11:14 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4

Xarkov vilayətindəki silah-sursat anbarında partlayış və yanğın təxribat nəticəsində baş verib.

APA-nın məlumatına görə, bunu Ukraynanın hərbi prokuroru Anatoli Matios deyib.

O, özünün “Facebook” səhifəsində yazıb ki, hadisənin araşdırılması üçün müdafiə nazirinin müavininin rəhbərliyi ilə dövlət komissiyası yaradılıb.

Qeyd edək ki, partlayışın baş verdiyi silah anbarının ərazisi 368 hektar təşkil edir. Burada 138 min ton silah-sursat saxlanılır.

 

*** 10.04

Ukraynada silah-sursat anbarlarında partlayışlar baş verib.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, partlayışlar Xarkov vilayətinin Balakleya şəhəri yaxınlığında olub.

Yerli icra hakimiyyətinin rəhbəri Stepan Maselski bildirib ki, bununla əlaqədar ətraf evlərin sakinləri təhlükəsiz yerlərə təxliyə olunub.

Partlayışlar yerli vaxtla gecə saat 03.00-da baş verib. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə