Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ələt-Astara yolundakı zəncirvari qəzanın təfərrüatı – FOTO-VİDEO
Ələt-Astara yolundakı zəncirvari qəzanın təfərrüatı – FOTO-VİDEO
23 Mart 2017 / 10:58 / Baxış sayı: 510
Font1 Font2 Font3 Font4

Dünən Ələt-Astara avtomobil yolunun 17-ci km-də zolaq şəklində qəfil yağan dolu 5 maşının toqquşması ilə nəticələnən zəncirvari avtomobil qəzasına səbəb olub.

Qəzaya uğramış 90-KL-404 dövlət nömrə nişanlı “Ford Transit” markalı mikroavtobusun sürücüsü Qasımov Əbülfəz Şahin oğlunun virtualaz.org saytının Şirvan bürosuna bildirdiyinə görə, hadisə yolun Şirvan kanalına yaxın hissəsində, saat 12:55 radələrində baş verib. Belə ki, sakit yolda gedərkən qəfildən 5 dəqiqəyə yaxın çəkən şiddətli dolu yağmağa başlayıb. Dolu dənələri yolu “buz meydançası”na çevirdiyindən və mikroavtobusu əyləci basaraq dayandırmaq mümkün olmadığından sürücü ayağını qazın pedalından çəkərək ətalətlə hərəkətə davam etdiyi zaman onun avtomaşınını arxadan “Mercedes Vito” markalı mikroavtobus vurub.

“Mercedes Vito”nu isə arxadan ağ rəngli cip vurubmuş. Yolda sürüşən cip sonra daha bir “Mercedes” markalı minik maşınına çırpılıb və hadisə yerindən qaçaraq uzaqlaşıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

Faktla bağlı DYP-də araşdırmalara başlanıb. (virtualaz.org)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə