Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Monitorinq imtahanları 26 bölgədə keçiriləcək
Monitorinq imtahanları 26 bölgədə keçiriləcək
26 Aprel 2013 / 10:55 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 23, 24 və 25-də Bakı, Abşeron və Sumqayıt şəhərlərində ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən arxiv.bizimxeber.az-a xəbərə görə, Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 23-də Azərbaycan dilindən, aprelin 24-də riyaziyyatdan, aprelin 25-də isə fizika fənnindən imtahan veriblər.

Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 23-də Azərbaycan dilindən, aprelin 24-də isə riyaziyyat fənnindən, rus bölməsinin V sinif şagirdləri isə aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan veriblər. Hazırda bu imtahanlarda iştirak edən şagirdlərin cavablarının yoxlanması həyata keçirilir.

Monitorinq imtahanları respublikanın daha 26 bölgəsində keçiriləcək. Təhsil ictimaiyyəti həmin imtahanların bölgələr və orta ümumtəhsil müəssisələri üzrə keçirilmə tarixləri barədə məlumatı TQDK-nın saytından əldə edə bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə