Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Növbəti görüş Bakıda keçiriləcək
Növbəti görüş Bakıda keçiriləcək
26 Aprel 2013 / 11:00 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun aprelin 23-24-də Tehranda keçirilən 32-ci iclasında konvensiyanın qəbulu istiqamətində əhəmiyyətli iş aparılıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.Onun sözlərinə görə, konvensiyada qoyulan məsələlər Xəzərin statusunun müəyyənləşməsi istiqamətində əməkdaşlıq prinsiplərinin qurulması baxımından vacibdir: “Bir sıra məsələlər var ki, onlar ikitərəfli formatda həll olunur. Məsələn, Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibi ilə bağlı sərhədləri müəyyənləşdiriblər”.

X.Xələfov qeyd edib ki, açıq qalan məsələlər müzakirə olunmalı, razılığa gəlinməlidir: “Xüsusən də ən vacib məsələ olan Xəzərin səthinin istifadəsi ilə bağlıdır. Tehranda müəyyən istiqamətlər üzrə yaxınlaşmalar əldə olundu. Bilirsiniz ki, bundan əvvəl keçirilən Bakı sammitində çox vacib qərarlar qəbul edilmişdi. Xüsusilə balıqçılıq zonasının müəyyən edilməsi, nərə balıqlarının ovuna qadağa qoyulması məsələləri Tehran görüşündə ciddi şəkildə gündəmə gətirildi. Eyni zamanda qeyd olunan məsələlərin konvensiya çərçivəsində tərəflərin mövqelərinin razılaşdırılması baxımından irəliləyişlər oldu. Növbəti görüş Bakıda keçiriləcək. Nəzərdə tutulub ki, görüş bu ilin sentyabr ayının birinci yarısında keçilsin. Buna qədər isə hazırlıq işləri aparılacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə