Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyalı diplomat Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
Rusiyalı diplomat Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
23 Mart 2017 / 14:16 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4

Rusiyanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.  “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Suriyanın PYD/PKK terror təşkilatının nəzarətində olan Afrin bölgəsindən açılan atəş nəticəsində bir türk hərbçisinin şəhid olmasıdır.

Müvəqqəti işlər vəkilinə bu hadisədən narahatçılıq yaratdığını və təkrarlanacağı təqdirdə (terror təşkilatına) cavab veriləcəyi bildirilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu Rusiyadakı PYD ofisinin bağlanılması məsələsində Rusiyadan addımların atılacağını gözlədiklərini də qeyd edib.

Xatırladaq ki, martın 22-də Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunun Bükülməz sərhəd buraxılış məntəqəsinə açılan snayper atəşi nəticəsində bir türk hərbçisi şəhid oldmuşdu.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə