Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağdaşda daha bir uşaq ölümü
Ağdaşda daha bir uşaq ölümü
26 Aprel 2013 / 11:02 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Ağdaş Mərkəzi rayon Xəstəxanasında daha bir ölüm faktı qeydə alınıb.

Bu barədə APA-ya Rayon Polis Şöbəsindən məlumat verilib. Xəstəxanada ölən uşağın 7 aylıq körpə Bayram Qasımov olduğu bildirilib.

Ağdaşın Aşağı Ləki kənd sakini Bəhruz Qasımov həyat yoldaşı ilə birgə ağzında quruma yaranan körpəni müayinə etdirmək üçün Ağdaş Mərkəzi rayon Xəstəxanasına aparıblar. Bəhruz Qasımov bildirib ki, xəstəxananın pediatrı Nüşabə Kazımova körpənin ağzında baş verən quruma halının qarşısını almaq üçün 6 ampula dərmanı bir-birinə qarışdıraraq uşağın qoluna vurub və bundan dərhal sonra uşaq dünyasını dəyişib.

Xəstəxananın baş həkimi Nuru Nuriyev bu hadisənin baş verdiyini təsdiqləyib. Baş həkim uşaq ölümü faktının səbəbini hələ ki, bilmədiyini, xəstəxana rəhbərliyi tərəfindən araşdırma aparılacağını deyib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 10 gün öncə Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində ana və bətnindəki uşaq ölüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə