Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

London merinin terrorla bağlı CİDDİ SƏHVİ – “Belə bir şeyi necə deyə bilər?”
London merinin terrorla bağlı CİDDİ SƏHVİ – “Belə bir şeyi necə deyə bilər?”
23 Mart 2017 / 14:45 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4

Böyük Britaniyada parlament binası yaxınlığında törədilən terror aktı İngiltərəni şoka salıb. 5 nəfərin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən terror aktıyla bağlı məlumatlar dünya mediasının əsas xəbərlərindəndir. Terroru törədən şəxsin Əbu İzəddin adlı terrorçu olduğu açıqlanıb.

arxiv.bizimxeber.az xəbər verir ki, bakipost.az baş vermiş terror aktı ilə bağlı politoloqların rəylərini öyrənib.

Qabil Hüseynli bildirib ki, İŞİD bununla hələ də mövcud olduğunu göstərib: “İslam adı altında xeyli terror təşkilatları yaradıblar. Bəzi islam dövlətlərinin liderləri də bundan fəxrlə danışır.

İŞİD bu terroru törətməklə hələ də mövcud olduğunu göstərmək istəyir. Yəni demək istəyir ki, dünya miqyasında terror aktları törədə bilər. Bu yaramazlar bu cür terror aktları ilə islamafobiyanın daha da geniş yayılmasına səbəb olurlar”.

Politoloqun sözlərinə görə, London meri Sadiq Xan sözügedən terror aktıyla bağlı açıqlamasında ciddi səhvə yol verib: “Londonun meri Sadiq Xan pakistanlıdır. Təəssüf edirəm ki, o da çox uğursuz bəyanatla çıxış edib bildirdi ki, terror böyük şəhərlərin bəlasıdır. London kimi şəhərin meri terroru böyük şəhərlərin ayrılmaz bir hissəsi kimi necə təsəvvür edir?”

Q.Hüseynli hesab edir ki, terror aktlarının çoxalması miqrantların ziyanınadır: “Zənnimcə, bu cür terror aktları çoxaldıqca, Avropanı bürüdükcə orada islamafobiya artacaq. Terror qüvvələrinin mövqeyi möhkəmlənəcək. Orada olan miqrantların yavaş-yavaş Avropadan çıxarılmasına başlanılacaq.
Ərdoğan hər dəfəsində bağıra-bağıra “Ey Avropa, terror sənin qapındadır” deyir. Bu da Türkiyə kimi bir dövlətin Avropaya səpələnmiş mühacirlər ordusu üçün əlavə problemlər yaradır. Müsəlmanların adından terror hadisələrini törədənin hansı qrup olmasından asılı olmayaraq onların hamısını lənətləyirəm.

Ümumiyyətlə, islam dinini bu cür gözdən salan həşəratların məhv edilib sıradan çıxarılmasını istəyirəm”.

Qabil Hüseynli vurğulayıb ki, qərbdə növbəri terror aktının planlaşdırıması ilə bağlı konkret fikir söyləmək çətindir: “Məsələn, Almaniya 1 milyon Suriyalı qəbul edib. Onların içərisindən kimsə nəsə edə bilər. Həmçinin başqa Avropa ölkələrinə də bunlar dağılıb. Amma hər halda Avropa ölkələri bununla bağlı ciddi tədbirlər görürlər. Ümid edək ki, bir də belə şey olmaz”.

Elxan Şahinoğlu qeyd edib ki, böyük ehtimalla İŞİD Londonda törətdiyi terrorla beynəlxalq aləmə göstərmək istəyir ki, İraq və Suriyadakı məğlubiyyətlərinə rəğmən, hələ də Qərb ölkələrinin paytaxtlarını vurmaq gücündədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə