Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Oğru aləmi”ndə ciddi dəyişikliklər baş verir” – “Qanuni oğrular”ın qanlı savaşı…
“Oğru aləmi”ndə ciddi dəyişikliklər baş verir” – “Qanuni oğrular”ın qanlı savaşı…
23 Mart 2017 / 15:06 / Baxış sayı: 5504
Font1 Font2 Font3 Font4
“Qanuni oğru” və ya “qanunda oğru” fərqli prinsiplərlə yaşayan və həmin prinsiplər uğrunda mübarizə aparan mafiyaya verilən tituldur. Onların sözləri mübahisə və müzakirə obyektinə çevrilmir. Bütün nümayəndələri cinayət törətmiş şəxslərdən ibarət “qanuni oğru”lar əsasən Orta Şərqdə mövcud olub.
“İsfahan lotuları” ümumi təsəvvürdən fərqli olaraq, hakimiyyətlə əməkdaşlıq edirdi. Sovet siyasi sistemində də Stalin istənilən siyasi müxalifətdən qorxduğu üçün, “qanuni oğru” institutunun yaranmasında maraqlı idi.
Formalaşmış “kriminal aləm” daha çox Rusiya mühitindən bəhrələndiyinə görə, terminlər də əsasən rus mənşəlidir. SSRİ dövründə Rusiya həbsxanalarında təşkilatlanma nəticəsində “obşak” adlandırılan mexanizm qurulub. Burada hər şeyin könüllülük əsasında baş verməsi mühüm amil hesab edilirdi.
İlk yarandığı illərdə Stalin qanunları inkar edən müxalif fikirli insanları taparaq, onlar üçün türmədə daha rahat şərait yaradırdı. Həmin yer bu gün də “Qara zon” adlanır. “Qara zonlar” isə “mujiklər”, “brodyaqalar” və “qanuni oğrular”dan ibarətdir. Demək olar ki, “zon”un bütün ağırlığı “mujiklər”in çiyinlərinə düşür.
Bir çox ölkələrin təcrübəsinə əsaslanan ekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Bir çox varlı adamların vaxtaşırı “obşak” üçün “qrev” etməsi, yəni, müəyyən vəsait ayırması həmin şəxslərin “obşak” tərəfindən toxunulmaz hesab olunmasına səbəb olur.
Böyük Vətən Müharibəsi illərində bəzi “qanuni oğrular” vətəni müdafiə üçün müharibəyə yollanırdılar. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar “qoçu” kimi tanınırdılar.
“Oğru qanunları”na görə, vaxtilə “oğru” adını almış biri üçün geriyə yol olmur. “Oğru”nun titulundan məhrum olunması ölümdən də betər hesab olunur. “Oğru qanunları”na xəyanət etmiş şəxslərə qarşı “oğru aləmi” tərəfindən amansızlıq nümayiş etdirilərək, həyatlarına son qoyula bilər.
Keçmiş polis kapitanı Cəlal M. (ad şərtidir) məsələ ilə bağlı Metbuat.az-a açıqlamada bildirib ki, hazırda “oğru aləmi”ndə ciddi dəyişikliklər baş verir:
“Əvvəllər qadağan olunsa da, 1998-ci ildən “oğru referendumu”nda çıxarılmış qərara əsasən, “oğru”lar ailə qurmaq hüququ qazanıb. Sovet dövründə gizli olsa da, hazırda bu aləm demək olar ki, açıq şəkildə fəaliyyət göstərir. Əvvəllər onların var-dövləti bir cüt çəkmə, gödəkçə və məhbusların sonsuz hörməti sayılırdı. İndi isə “qanuni oğrular” dəbdəbəli şəhərkənarı ev, bahalı avtomobillər, bank hesablarında isə milyonlarla dollara sahibdirlər. Keçmişdə ideya uğrunda mübarizə aparan “qanuni oğrular” hazırda maliyyə məsələlərinə görə bir-birinə düşmən kəsiliblər”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə