Загрузка...
Xəbər lenti



Загрузка...

MTN generalı “Co. Plaza” adlı oteli hansı pulla tikib? – Niyə araşdırılmır
MTN generalı “Co. Plaza” adlı oteli hansı pulla tikib? –  Niyə araşdırılmır
23 Mart 2017 / 15:37 / Baxış sayı: 4764
Font1 Font2 Font3 Font4
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin  Əks-Kəşfiyyat Baş İdarəsinin rəis müavini olmuş general-mayor Hafiz Musayevin tikdirdiyi otellə bağlı qalmaqal yaranıb. Məlumata görə, o, Bakının mərkəzində – Ağ Şəhərdə (“Amay”la üzbəüz) tikdirdiyi “Co. Plaza” adlı otelində işləyənlərin pulunu verməyib, bu da böyük mübahisələrə səbəb olub.
Bu barədə məlumatı BakiPost.az-a iş icraçısı Pərviz Zahidov verib. Onun sözlərinə görə, otelin içərisində aparılan təmir işlərini həyata keçiriblər, amma haqlarını tam şəkildə ala bilmirlər: “İşimiz müqabilində 170 min manat almışıq. Onun bizə 20 min 300 manat bir, 10 min manat da bir borcu qalıb. Lakin həmin pulu ödəmək istəmir”.
Şikayətçinin sözlərinə görə, general onları hədələyir, pulu tələb etdikləri təqdirdə başlarına oyun açacağını bildirir: “Deyir, mən generalam və bu yaxınlarda yenidən əvvəlki işimə qayıdacağam, elə eləməyin ki, həyatınıza problem yaradım. Biz isə pulumuzu tələb edirik. Onsuz da biz çox ucuz qiymətə işləmişik. Bizə çox az pul qalıb bu işdən. Həm də onda qalan pulu alıb sərf etdiyimiz materiala verməliyik, yəni bizim də bu işə görə borclu qaldığımız şəxslər var. O adam həmişə hədə-qorxu yoluyla işlərini görüb. Elə bilir, əvvəlki MTN-nin vaxtıdır, hamını şərləyib istədiyini etdirə biləcək. Biz ondan əl çəkən deyilik. Son qəpiyimizə kimi tələb edəcəyik”.
İş icraçısı məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general Mədət Quliyevə müraciət edəcəyini, bu məsələdə ondan yardım istəyəcəyini də bildirib.
Bu ittihamlarla bağlı general Hafiz Musayev BakiPost.az-a açıqlama verib. Adıçəkilən otelin ona məxsus olduğunu təsdiqləyən general şikayətlərin tam əsassız olduğunu söyləyib: “Onlar dələduzdurlar. Nə deyirlər qələt eləyirlər. Əslində onlar mənə “atıblar”. 60 min pul verməlidirlər mənə”.
General ondan şikayət edən şəxslərdən prokurorluğa müraciət edəcəyini dilə gətirib: “Sənədlər, müqavilələr hazırlanır. Onları verəcəm prokurorluğa. Onlar mənə şər atır”.
Qeyd edək ki, 2015 oktyabr ayında MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Nizami Şirinov tutduğu vəzifədən azad olunandan sonra Hafiz Musayevin onun yerinə təyin edilməsi barədə məlumat yayılmışdı. Sonradan bu informasiya təsdiqini tapmadı. Üstəlik, o  idarənin rəis müavini postundan uzaqlaşdırıldı.



arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə