Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Poroşenko sabiq deputatın qətlində Rusiyanı günahlandırdı – YENİLƏNİB
Poroşenko sabiq deputatın qətlində Rusiyanı günahlandırdı – YENİLƏNİB
23 Mart 2017 / 16:22 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4

Ukrayna prezidenti Pyotr Poroşenko Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlində Rusiyanı ittiham edib. Güc strukturlarının rəhbərləri ilə görüşündə o, hadisəni “Rusiya tərəfindən törədilən dövlət terrorizmi aktı” adlandırıb və bildirib ki, Denis Voronenkov onu siyasi düşüncə ilə çoxdan tərk etməli idi.

“Rusiya xüsusi xidmət orqanlarının məlum dəst-xəttidir, hansı ki, əvvəllər müxtəlif Avropa şəhərlərində dəfələrlə rast gəlinib”, – deyə TASS Poroşenkodan sitat gətirib.

*   *   *15:55

Bu gün Kiyevdə atışma zamanı Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov ölüb.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bunu Kiyev Şəhər Baş Polis İdarəsinin rəisi Andrey Krişenok deyib.

Bir saat əvvəl “Premier Palace” oteli yaxınlığında atışma zamanı iki nəfər yaralanıb, D. Voronenkov isə ölüb.

Polis rəisi D. Voronenkovun qətlinin sifariş olduğunu istisna etmir. Onun fikrincə, “məqsəd Rusiya siyasətçilərinin qorxudulmasıdır”.

Xatırladaq ki, D.Voronenkov Kommunist Partiyasından Dumaya deputat seçilmişdi. O keçən il Ukraynaya qaçmış, Rusiya isə onu beynəlxalq axtarışa vermişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə