Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Samvel Babayan Ermənistanda dövlət çevrilişinin təşkilini inkar edir
Samvel Babayan Ermənistanda dövlət çevrilişinin təşkilini inkar edir
23 Mart 2017 / 17:59 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayan ifadə verib.

Virtualaz.org bildirir ki, bu haqda Novosti Armeniya-ya onun vəkili Avetis Kalaşyan məlumat verib.

Vəkilin sözlərinə görə, S.Babayan öz ünvanına şübhələri əsassız hesab edir.

“İfadə verdi və bildirdi ki, nədə ki, ondan şübhələnirlər, onunla heç bir əlaqəsi yoxdur. Müvafiq olaraq, o, iş çərçivəsində başqa saxlanılanları tanımır. Müvəkkilimin maraqlarına əsaslanaraq və məxfilik prinsipinə uyğun olaraq, hazırda əlavə heç nə edə bilmirəm”, – vəkil vurğulayıb.

Onun sözlərinə görə, Samvel Babayana hələ ittiham verilməyib. Tutulmanın əsasları haqda vəkilə heç nə məlum deyil.

Xatırladaq ki, Samvel Babayanın həbsindən əvvəl müxalif “Jamanax” qəzeti hakimiyyətin aprelin 2-də “Ohanyan-Raffi-Oskanyan” alyansının kölgə lideri olan Qarabağın keçmiş “müdafiə naziri”nin silahlı qiyam hazırladığı barədə məlumata malik olduğunu yazmışdı. Bildirilirdi ki, Samvel Babayan ötən ilin yayında Yerevanda polis alayı qərargahının tutulması ilə nəticələnən “Sasna tsrer” qiyamının yeni variantını hazırlayır və hakimiyyət bu planının bütün detallarını, proqramını bilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə