Загрузка...
Xəbər lenti



Загрузка...

Avropa Birliyi Türkiyəyə nota verdi
Avropa Birliyi Türkiyəyə nota verdi
23 Mart 2017 / 18:14 / Baxış sayı: 1344
Font1 Font2 Font3 Font4

Avropa Birliyi Türkiyəyə nota verib.

Publika.az “NTV”-yə istinadən xəbər verir ki, Türkiyənin Avropa Birliyindəki daimi təmsilçisi, səfir Faruk Kaymakcı Brüsselə çağırılıb və nota ona təqdim olunub.

Təqribən 45 dəqiqə davam edən görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Birliyi haqqında söylədiyi sərt fikirlərə etiraz bildirilib.

Avropa Birliyinin xarici əlaqələr üzrə sözçüsü Maja Kocijanjic deyib ki, Türkiyə prezidentinin Avropa ilə bağlı sərt fikirləri qəbuledilməzdir:

“Bunun üçün də Türkiyənin Avropa Birliyindəki daimi təmsilçisini qərargaha dəvət edib, etirazımızı ona bildirdik. Türkiyənin dövlət və hökumət rəhbərləri Avropanı təhdid edən açıqlamalar veriblər. Biz Ərdoğanın Avropanın təhlükəsizliyi ilə bağlı fikirlərinə aydınlıq gətirilməsini gözləyirik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə