Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dilqəm Əsgərovun atası vəfat etdi
Dilqəm Əsgərovun atası vəfat etdi
23 Mart 2017 / 20:04 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4

“Təəssüf edirik ki, Qardaşxan əmi həm vaxtsız, həm oğul nisgili, həm də torpaq dərdi ilə dünyasını dəyişdi”

Erməni girovluğunda zülm çəkən vətənpərvər soydaşımız Dilqəm Əsgərovun atası Qardaşxan kişi ağır xəstəlikdən sonra vəfat edib. “Bizimxeber”in xəbərinə görə, bu barədə Modern.az-a Dilqəm Əsgərovun yaxınları məlumat veriblər.

“Bu yaxınlarda xəstəxanada olarkən görüşmüşdük, mərd, qorxmaz, müdrik el ağsaqqalı idi. Torpaqlarımızın, doğma Kəlbəcərimizin azadlığına inamlı danışır, Dilqəmlə fəxr etdiyini deyirdi. Təəssüf edirik ki, Qardaşxan əmi həm vaxtsız, həm oğul nisgili, həm də torpaq dərdi ilə dünyasını dəyişdi. Bütün əzizlərinə, onu tanıyanlara dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq” — deyə yaxınları bildiriblər. Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə qondarma “məhkəmə” qurulub. “Məhkəmə”nin “qərarı” ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə