Загрузка...
Xəbər lenti



Загрузка...

Fikri İşık: “ABŞ və Rusiyanın YPG ilə hər hansı əməkdaşlığını qəbul etmirik”
Fikri İşık: “ABŞ və Rusiyanın YPG ilə hər hansı əməkdaşlığını qəbul etmirik”
24 Mart 2017 / 0:03 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4

Türkiyənin müdafiə naziri Fikri İşık sosial mediadakı fotolarda rus zabitlərin PYD (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu- “Report”) terrorçuları ilə bir arada görünməsinə münasibət bildirib.

Bu barədə “Habertürk” xəbər verib.

Xəbərdə bildirilir ki, Türkiyənin müdafiə naziri baş verənlərə təəssüf edib. O, rəsmi Ankaranın bunları qəbul etmədiyini vurğulayıb.

“Bu görüntülər Türkiyəni təəssüflə üzür. YPG PKK-nın Suriya davamıdır. YPG ilə Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasının hər hansı şəkildə əməkdaşlıq etməsini Türkiyə olaraq qəbul etmirik”, – deyə nazir bildirib.

Nazir qeyd edib ki, Türkiyə Almaniyadan da rasional davranış gözləyir. Onun sözlərinə görə, terrorçuları bu ölkə də silahla təmin edir. Terrorçuların əllərində alman silahları da var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə