Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yeni qatarlar geri qaytarılır
Yeni qatarlar geri qaytarılır
26 Aprel 2013 / 11:32 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Bu gün səhər 8: 40 radələrində Bakı metropolitenində yenə problem yaranıb. Sərnişinlərin ciddi narazılıqına səbəb olan problem yeni istifadəyə verilmiş qatarlarla bağlı olub. Belə ki, əməkdaşımızın da şahidi olduğu hadisə zamanı qatardan sərnişinlər düşürülüblər. Tuneldə çox aşağı surətlə hərəkət edən qatardakı sərnişinlərdən gözlənilmədən Qara Qarayev stansiyasında vaqonları tərk etmələri tələb olunub. Həzi Aslanovdan Dərnəgülə gedən bu yeni qatarın niyə sözügedən stansiyada dayanmasının səbəbi narazı sərnişinlərə məlum olmayıb. Əməkdaşımız insanların qatardan düşməsini tələb edən metro işçisindən “Niyə sərnişinlər Qarayevdə düşürülür? Depo Nərimanovdan sonradır axı…” sualnına nasazlıq yaranıb deyə cavab verib. O da bildrilib ki, “bu bizdən asılı səbəb deyil çox güman ki, belə davam etsə qatarlar geri qaytarılacaq”. Qatarların geri qaytarılması inandırıcı görünməsə də istənilən halda sərnişinləri narazı salaraq xəttə çıxan qatardan istifadə məqbul sayılmamalıdır.

Xatırladaq ki, Metroda istifadəyəverilən yeni qatarlarla bağlı problem ilk dəfə deyil ki yaşanır. bir müddət öncə də yeni qatarlara minən sərnişinlər müxtəlif stansiyalarda düşürülərək narazı salınmışdılar.

Səidə

arxiv.bizimxeber.az



Yeni qatarlar geri qaytarılır yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə