Загрузка...
Xəbər lenti



Загрузка...

13 uşaq zəhərlənib
13 uşaq  zəhərlənib
24 Mart 2017 / 1:09 / Baxış sayı: 570
Font1 Font2 Font3 Font4

Ukraynanın Zakarpatye vilayətinin Xustskok rayonunun Nijne Selişe kəndində 13 uşaq qidadan zəhərlənib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” Zakarpatye polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, infeksiya xəstəxanasına qidadan zəhərlənmiş 13 uşaq gətirilib. Onlardan 7 nəfəri 7 yaşında, 5-i 10, 1-i isə 12 yaşındadır.

Polis “Kütləvi zəhərlənmə və infeksion xəstəliklərin qarşısının alınmasına dair sanitariya qaydaları və normalarının pozulması” maddəsi üzrə cinayət işi qaldırıb.

Təhqiqat hərəkətləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə