Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Senatı Devid Fridmanın İsrailə səfir təyinatını dəstəkləyib
ABŞ Senatı Devid Fridmanın İsrailə səfir təyinatını dəstəkləyib
24 Mart 2017 / 8:59 / Baxış sayı: 502
Font1 Font2 Font3 Font4

ABŞ parlamentinin yuxarı palatası prezident Donald Trampın bu ölkənin İsraildəki səfiri vəzifəsinə seçimini bəyənib.

“Report”un məlumatına görə, bu barədə “Aruç Şeva” xəbər verib.

Beləliklə, Devid Fridman ABŞ-ın İsraildə diplomatik missiyasının rəhbəri yolunda son maneəni adlayıb. Əlli yeddi yaşlı Fridman ixtisasca hüquqşünasdır.

Xəbərdə bildirilir ki, prinsipcə səsvermənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Devid Fridmanın səfir təyinatı əleyhinə 46 respublikaçı, lehinə 52 demokrat səs verib. Yalnız Demokrat Partiyasından iki senator – Qərbi Virciniyadan Co Mancin və Nyu Cersiddən Bob Menendez Devid Fridmanın təyin olunmasını dəstəkləyiblər.

İki respublikaçı senator – Kentukkidən olan Rend Pol və Corciyanı təmsil edən Con İsaksson səsverməni buraxıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə