Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

4 qadın nəzarətçi avtoritetdən hamilə qaldı
4 qadın nəzarətçi avtoritetdən hamilə qaldı
26 Aprel 2013 / 11:31 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Amerikanın Merilind ştatında penitensiar sistemdə baş verən olay böyük qalmaqala səbəb olub.

 arxiv.bizimxeber.az-ın məlumatına görə, Baltimor şəhərindəki ən böyük həbsxananın dörd əməkdaşının ən təhlükəli məhbuslardan biri ilə eşq macərası yaşadığı bəlli olub.
Məlumata görə, “Qara klanın döyüşçüləri” adlı kriminal dəstənin rəhbəri olan qanqster  Teyvon Uaytın həbsxananın 4 qadın nəzarətçisi ilə intim münasibətindən 5 uşaq doğulub.
Hadisə ilə bağlı bir ay davam edən məhkəmə prosesində 36 yaşlı caninin qadınları asanlıqla yola gətirdiyi və onlardan istifadə etdiyi bəlli olub.
Nəzarətçi qadınlardan biri Teyvondan iki dəfə hamilə qalıb. Eyni zamanda qadınlar boyunlarında və bədənlərinin müxtəlif yerlərində tatuajla qanqsterin  adını -”Teyvom” sözünü həkk ediblər.
Sevgililərinin sayəsində özünü həbsxanada tamam rahat hiss edən Teyvonun əməlləri onun telefon danışıqlarından da bəlli olub. Belə ki, Qanqster telefonla tanışlarına “bura mənim həbsxanamdır, burda son sözü mən deyirəm” deyə lovğalanırmış.
Federal Büronun araşdırmalarına görə, Teyvon petenisiar sistemdəki  rəfiqələrinin hesabına “qara döyüşçülər”in həbsxanada özlərini təhlükəsiz  və rahat hiss etmələrinə şərait yaradıb. Onun rəfiqələri müntəzəm olaraq həbsxanaya narkotik maddələr, mobil telefon, pul və s. qadağan edilmiş əşyalar keçirib. Təbii ki, bunun müqabilində onlar bahalı hədiyyələr və mükafatlar qazanıb.
Teyvon bir ay ərzində həbsxanaya daşınan narkotik maddədən 16 min dollar pul qazanıb. Çünki həbsxanada marixuananın qiyməti dozasından asılı olaraq 500-1000 dollar arasında dəyişirmiş.
Hazırda  nəzarətçilər – 31 yaşlı  Cenifer Ouens, 24 yaşlı Katera Stivenson, 27 yaşlı Çaniya Bruks və Tıffanı Lider  məhkumla münasibətdən başqa, həbsxanaya qadağan edilmiş əşyalar keçirməkdə və bunların müqabilində pul almaqda ittiham edilir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə