Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həmsədrlər Amerikada
Həmsədrlər Amerikada
26 Aprel 2013 / 11:31 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

DAK həmsədrləri, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərviz Niyanın aprelin 23-dən ABŞ-da səfərdədirlər. ABŞ səfirliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində aprelin 26-da DAK həmsədrləri ABŞ Dövlət Departamentində görüş keçiriblər.

arxiv.bizimxeber.az-ın məlumatına görə, görüşdə Güneyli-Quzeyli Azərbaycanın bir sıra mühüm problemləri ərtafında söhbət aparılıb. Ermənistanın işğalçılıq müharibəsininin nəticələrinin aradan qaldırılmasına görəvləndirilən Minsk Qrupunun həmsədri kimi ABŞ-ın fəaliyyətinə, Rusiyanın bir əyalətinə çevrilmış Ermənistana heç bir məntiqə sığmayan, milyardlarla ölçülən təmənnasız hərbi bəxşişlərə və s. məsələlərə diqqəti çəkən Sabir Rüstəmxanlı eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin ədalət prinsipləri üzərində inkişafının bölgənin gələcəyi baxımından son dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə İran rejiminin anti-Azərbaycan siyasətinə, İslam ölkələrində zəruri dəyişikləilərə, Orta Doğu projesində Güney Azərbaycanın yeri məsələsinə DAK-ın münasibəti də diqqətə çatdırilmışdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə