Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyada Vərəmlə Mübarizə Günü qeyd olunur
Dünyada Vərəmlə Mübarizə Günü qeyd olunur
24 Mart 2017 / 12:09 / Baxış sayı: 482
Font1 Font2 Font3 Font4

Dünya Vərəmlə Mübarizə Günüdür.

“Report” xəbər verir ki, Azərbaycanda ötən il ilk dəfə vərəm diaqnozu qoyulmuş xəstələrin sayı 2015-ci illə müqayisədə 3,8 faiz, bu xəstəlikdən ölüm halları isə 9,8 faiz azalıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə ağciyər vərəmi ilə (4,2 faiz) xəstələnmə halları azalıb.

Eyni zamanda, 2015-ci ildə Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəmin aktiv forması ilə xəstələnənlərin sayı 3989 nəfər olub. Bütün yaş qruplarında vərəmlə xəstələnənlər arasında kişilər üstünlük təşkil edib. Belə ki, 0-13 yaş qrupu əhali arasında xəstələnənlərin 59.7 faizi, 14-17 yaş qrupunda xəstələnənlərin 69.3 faizi, 18-29 yaş qrupunda olanların 67 faizi, 30-44 yaş qrupunda olanların 73.3 faizi, 45-64 yaş qrupunda olanların 71.1 faizi, 65 yaş və üzəri sakinlər arasında xəstələnənlərin isə 62.6 faizi kişilər olub.

Qeyd edək ki, 1982-ci ildən etibarən hər il martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Vərəm hava-damcı yolu ilə ötürülən yoluxucu xəstəlikdir. Vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalır və əsasən əhalinin əmək qabiliyyətli hissəsinə öz təsirini göstərir. Dünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən, bu gün dünyada 20 milyondan artıq vərəm xəstəsi var. Onların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən dünyasını dəyişir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə