Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan prezidentinin vertolyotunu vurmaq istədilər
Ermənistan prezidentinin vertolyotunu vurmaq istədilər
24 Mart 2017 / 12:55 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4

Qeyri-qanuni yollarla əldə edilmiş “İqla” zenit-raket kompleksinin köməyi ilə Ermənistanda yüksək vəzifəli şəxslərin olduğu vertolyotu vuraraq partlatmaq planlaşdırılıbmış. Virtualaz.org xəbər verir ki, bu məlumatı “Haykakan jamanak” erməni qəzeti yayıb.

Siyasi və hüquq-mühafizə orqanları dairələrində dolaşan məlumatlara görə, Ermənistan Təhlükəsizlik xidmətinin əlində olan səs yazılarına görə, Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan “İqla” ZRK-nin alınması və Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparıb.

Qəzet yazır ki, MTX-nin məlumatlarına əsasən, zenit-raket kompleksinin köməyi ilə Ermənistan prezidentinin və digər yüksək vəzifəli şəxslərin olduğu vertolyota zərbənin endirilməsi bəzərdə tutulubmuş.

Xatırladaq ki, srağagün S.Babayan Yerevanda Gürcüstandan ölkəyə “İqla” ZRK-nin çatdırılması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Yerli KİV ehtimal edir ki, S.Babayan Ermənistanın iki keçmiş və hazırki prezidentlərinə qarşı cinayətkar əməllər planlaşdıran silahlı qruplaşma yaradılmasında ittiham oluna bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə