Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putinin Bakıya göndərdiyi tanklar (VİDEO, FOTO)
Putinin Bakıya göndərdiyi tanklar (VİDEO, FOTO)
24 Mart 2017 / 13:19 / Baxış sayı: 1824
Font1 Font2 Font3 Font4

Rusiya prezidenti yeni müqavilələr imzalamağa hazırlaşır

Rusiya 2016-cı ildə Azərbaycana T-90C tanklarının satışını davam etdirib.

İstiPress-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında deyib.

O bildirib ki, Bakı və Moskva arasında T-90C tanklarının satışı ilə bağlı razılıq 2011-ci ildə əldə olunub.

2014-cü ildə Rusiya Azərbaycana 100 tank göndərib. İkinci partiyada da eyni sayda T-90C tankının Bakıya göndərilməsi nəzərdə tutulurdu.

V.Putinin sözlərinə görə, 2016-ci ildə Rusiya xaricə 15 milyard dollar dəyərində silah və hərbi texnika satıb. O bildirib ki, cari ildə Moskva yeni milyardlıq müqavilələr imzalamağı planlaşdırır.

T-90 Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz müharibəsində T-72-lərin ABŞ-ın M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır.

Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur.

Bu tanklar, T-80 tankından alınan 1G46 nişangah, termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə