Загрузка...
Xəbər lenti



Загрузка...

Palata üzvü mənimsəmədə ittiham olunur
Palata üzvü mənimsəmədə ittiham olunur
24 Mart 2017 / 14:15 / Baxış sayı: 456
Font1 Font2 Font3 Font4

ABŞ Nümayəndələr Palatasının Kaliforniya ştatından olan respublikaçı üzvü Dunkan Hanter mənimsəmədə şübhəli bilinir.

“Report”un “The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, Hanter seçki kampaniyasının maliyyələşdirilməsi üçün nəzərdə tutulan on minlərlə dolları ailə səyahətləri, bəzək əşyaları, qida məhsulları, məktəb forması və digər şəxsi məqsədlər üçün xərcləyib.

Qeyd edilir ki, məsələ ABŞ Ədliyyə Departamentinin diqqətindən yayınmayıb. Hanterin vəkilləri təkid edir ki, konqresmen pulun bir hissəsini artıq geri qaytarıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə