Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək – QADAĞA
Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək – QADAĞA
24 Mart 2017 / 14:51 / Baxış sayı: 1120
Font1 Font2 Font3 Font4
İyulun 1-dən xarici ölkə sürücülük vəsiqələri ilə Rusiyada işə düzəlmək olmayacaq. “Qaynar” istipress-ə istinadən xəbər verir ki, bu qanun pozuntusu baş verəcəyi halda sürücüləri 50 min rubl- 1500 manata yaxın cərimə gözləyir. 
“Yol hərəkətinin təhlükəsizliyi haqqında” qanuna dəyişiklik hələ 2013-cü ildə qəbul olunsa da, nəqliyyat şirkətləri hazır olmadığı üçün icrası yubanırdı. İndi Rusiya Federasiyasının sürücülük vəsiqəsini almaq üçün müraciət edilsə belə, iyula qədər  xeyli az vaxt qalır. Bunun üçün mütləq sürücülük məktəbinə qəbul olub, oxumaq və imtahan vermək tələb olunur.
“Taksist” Həmkarlar Təşkilatının rəhbəri Yaroslav Şerbinin hesab edir ki, təkcə Moskvada sürücülərin 20 faizi problemlə qarşılaşacaq. Çünki onların əksəriyyətinin vəsiqəsi Özbəkistan və Tacikistanda verilib.
Moskva Sürücülük Məktəbləri İttifaqının sədri Aleksandr Açkasov bildirib ki, xarici vətəndaşlar indidən özlərinə “vasitəçi” axtarmağa başlayıblar. Məqsəd həmin imtahanları “keçməkdir”. Çünki onlar heç vaxt sürücülük məktəbi oxumayıblar.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə