Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İdmançı idmançını zorladı
İdmançı idmançını zorladı
26 Aprel 2013 / 12:20 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Türkiyədə amerikalı basketbolçu voleybolçunu zorlayıb. arxiv.bizimxeber.az-ın məlumatına görə, amerikalı idmançıların Türkiyənin paytaxtı Ankaradakı əyləncəsi polisdə başa çatıb. “Erdemirspor”un basketbolçusu Gerrod Devayn Henderson Ankarada tanışdığı qadınların voleybol komandasının üvzü Meaqan Virginia Ganzerə təcavüz edib. Henderson saxlanılsa da, sonradan buraxılıb.

Qeyd edək ki, zorlanma amerikalı idmançıların Ankaradakı əyləncəsi zamanı baş verib. Belə ki, türkiyənin müxtəlif şəhərlərində olan amerikalı idmançılar əylənmək üçün paytaxt Ankaraya toplaşıblar. “Erdemirspor”da oynayan Henderson və voleybolçu Ganzer də onların arasında olub. Barda əylənən amerikalı idmançılar gecə gec saatlarında məclisi birlikdə tərk ediblər. Basketbolçu həmkarını taksi ilə evə ötürəcəyini deyib. Səhəri gün isə qadın həmyerlisi tərəfindən zorlanmaya məruz qaldığını iddia edərək, polisə müraciət edib.

Qaldığı evdə zorlandığını deyən qadının iddiasından sonra Henderson saxlanılıb. Lakin o iddiaları qəbul etməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə