Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransada adı korrupsiyaya qarışmayan dövlət məmuru, siyasətçi qalmadı
Fransada adı korrupsiyaya qarışmayan dövlət məmuru, siyasətçi qalmadı
24 Mart 2017 / 23:50 / Baxış sayı: 384
Font1 Font2 Font3 Font4

Xəbər verildiyi kimi, Fransanın daxili işlər naziri Brüno Le Ru növbəti siyasi skandalın sahibinə çevrilib.

Musavat.com-un xarici mətbuata istinadən bildirdiyinə görə, nazir Le Ru adının korrupsiya işində hallanmasına görə vəzifəsindən getməyə məcbur olub.

Fransız nazir ölkənin aparıcı telekanallarından biri sayılan TF-1-in əsas xəbər buraxılışında öz qızlarının adına saxta maaş yazdıraraq qeyri-qanuni gəlir əldə etməkdə ittiham olunub.

Jurnalistlərin qeyd etdiyinə görə, Le Ru Sen-Deni regionundan deputat olarkən öz qızlarını köməkçi təyin edib, onların adına 55 min avro məbləğində maaş alıb. Brünonun 15 və 16 yaşında olan qızları parlamentdə gördükləri “işlər”lə bağlı 24 müqaviləyə imza atıblar.

Bundan başqa, məlum olub ki, onlar bu “işləri görərkən” ümumiyyətlə başqa yerlərdə olublar. Belə ki, böyük qız müqavilə imzalanan vaxt Belçikada Yves Rocher firmasında təcrübə keçirmiş. Kiçiyi isə 1 ay öncədən maaş aldığı vaxtlarda orta məktəbdə dərslərdə otururmuş.

Brüno Le Ru nazir təyin olunmamışdan qabaq, yəni deputat olduğu zaman parlamentdə hakim Sosialist partiyasının fraksiyasının rəhbəri kimi mühüm post tutub.

Yaranmış skandal Sosialist partiyasının onsuz da reytinqləri yerlərdə sürünən namizədi Benua Amonu daha da pis vəziyyətdə qoyub və onu partiyadaşını istefaya səsləməsinə məcbur edib.

Le Ru aprel ayında vəzifədən gedəcək prezident Ollandın kabinetindəki korrupsiya qalmaqalları karvanına qoşulan növbəti məmura çevrilib. Bundan daha öncə büdcə naziri Jerom Kayuzak, Frankofoniya işləri üzrə nazir Yamin Bengigi və xarici ticarət üzrə dövlət katibi Tom Bevenu da maliyyə maxinasiyaları səbəbi ilə “yola salınıb”.

Fransada sağçıların əsas nazmizədi sayılan Fransua Fiyonun isə başı qalmaqaldan əskilmir.
Fiyonun başının bəlası olan “Le canard enchaine” (“Axsaq ördək”-red.) həftəlik qəzeti onunla bağlı yeni maliyyə qalmaqalı faktını ortaya atıb.

Qəzetin yazdığına görə, Fiyon 2015-ci ildə Peterburq İqtisadi Forumunda iştirak edərkən Livan milyarderi Fuad Mahzumi ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşü təşkil etməkdə vasitəçi rolunu oynamağa görə 50 min dollar məbləğində pul alıb. Bununla bağlı Fransua Fiyonun qərargahından cavab gəlməyib. Əvəzində isə Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov onun “vəkilliyini” etməli olub. O, bu tip xəbərlərin yalan olduğunu və Rusiya prezidentinin hər hansı görüş üçün vasitəçiyə ehtiyacı olmadığını, görüşlərin isə prezidentin protokol xidməti tərəfindən təşkil edildiyini söyləyib.

Xatırladaq ki, Fiyonun öz xanımı Penelopanın adına yazdırdığı yarım milyonluq maaş üzrə açılan cinayət işi ilə bağlı proses tam sürətlə davam etməkdədir.

Elə seçkilərin əsas favoriti, “İrəli” parrtiyasının namizədi Emmanuel Makron da təmizlik nümunəsi sayılmır. Prokurorluq onun iqtisadiyyat naziri işlədiyi zaman Las Veqasda elektronika sərgisinə baş çəkməsinin hansı səbəblərdən dövlət büdcəsinə 400 min avroya başa gəlməsini soruşmaq niyyətindədir.

Qeyd edək ki, fransız nazirlər təkcə daxildə deyil, xarici təşkilatlarda da korrupsiya skandallarına görə “ad çıxarıblar”.
Məsələn, 1995-ci ildə Fransanın baş naziri olmuş və sonradan Avropa komissiyasının Elm, Təhqiqatlar və texnologiyalar üzrə komissarı seçilən Edit Kresson böyük qalmaqalla vəzifəsindən ayrılmalı olmuşdu.

Qalmaqala səbəb onun öz şəxsi diş həkimini insan ehtiyatları üzrə müşavir təyin edərək adına yüksək məbləğdə maaş bağlaması olub…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə