Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TQDK işçiləri məktəbdə hicaba görə döyüldü?
TQDK işçiləri məktəbdə hicaba görə döyüldü?
26 Aprel 2013 / 13:03 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə qalmaqal baş verib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Yayılan məlumata görə, imtahan vaxtı məktəbdə olan TQDK nümayəndələri 11-ci sinifdə bir qızın məktəbə hicabla gəlməsinə etiraz edərək açmasını tələb ediblər. Hicablı şagirdin bunu etməməsi narazılıqla qarşılanıb və sonra sinfin oğlanları yığılaraq TQDK nümayəndələrini döyüblər.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bu hadisəni təkzib edir. Qurum sözçüsünün ANS PRESS-ə verdiyi məlumata görə, məktəbin 11 sinfində imtahan vaxtı şagirdlər intizamsızlıq nümayiş etdirilib:

“11-ci sinif şagirdləri intizamsızlıq ediblər. İmtahanın sonuna yaxın şafirdlərlə imtahan rəhbəri arasında narazılıq yaranıb. Heç bir döyülmə, hicab məsələsi olmayıb”, – deyə E. Nağızadə bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə