Загрузка...
Xəbər lenti



Загрузка...

Maşın bazarı boş qaldı: nə alan var, nə də satan – FOTOLAR
Maşın bazarı boş qaldı: nə alan var, nə də satan – FOTOLAR
25 Mart 2017 / 12:41 / Baxış sayı: 1256
Font1 Font2 Font3 Font4

Bakının maşın bazarında vəziyyət günü-gündən daha acınacaqlı vəziyyətə düşür. 

Baku.ws-in əməkdaşlarının apardığı müşahidələrdən aydın olub ki, bazara maşın satmağa çox az sayda adam gəlir. Bir neçə ay əvvəl bazarda həftə sonu maşın həddən artıq çox olurdu. Ancaq son həftələr həm alıcıların, həm də satıcıların sayı kəskin azalıb.
Maşın bazarında yaranan bu durğunluğun əsas səbəbi dolların məzənnəsinin sabit olmamasıdır. Bununla yanaşı, dövriyyədə manat kütləsinin də azlığı bazarda alış-satışa mane olan əsas amillərdəndir.
Hazırda bazarda avtomobil sahibləri əsasən maşını barter yolu ilə satırlar. Mühərrikin həcmi, istehsal tarixindən asılı olaraq avtomobilini dəyişmək istəyənlər bazarda razılaşır və əlavə ödənişlə satışı həyata keçirir.
Maşın bazarının həftə sonu görməyə öyrəşdiyimiz vəziyyətindən artıq əsər-əlamət qalmayıb. Bazardakı son vəziyyəti təqdim edirik:
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə