Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Salyanda taksilərdə qiymətlər süni şəkildə qaldırılır- Avtovağzal rəhbərliyindən ŞİKAYƏT
Salyanda taksilərdə qiymətlər süni şəkildə qaldırılır- Avtovağzal rəhbərliyindən ŞİKAYƏT
25 Mart 2017 / 13:37 / Baxış sayı: 1722
Font1 Font2 Font3 Font4

Salyanda taksilərdə xidmət haqqı süni şəkildə qaldırılır. Novruz bayramından sonra Bakıya qayıdanlar süni əngəllərlə üzləşirlər. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, adi günlərdə taksi ilə sərnişinin biri 5-6 manata aparılırsa, bayram günlərində qiymət 8-10 manat olur. 

Qiymətləri süni şəkildə artıran taksi sürücüləri deyil, avtovağzal rəhbərliyidir. Sürücülərin dediyinə görə, hər bir sərnişin üçün avtovağzal rəhbərliyinə 2-3 manat ödənilir: “Deyilən məbləğ verilməzsə, ərazidən müştəri götürməyə icazə verilmir. Sərnişinlər də bizi günahkar bilir. Yarım saat dayanın müşahidə edin, biz adambaşına 2-3 manat nəzarətçilərə veririk. Deməli, mən Bakıya sərnişin götürürəmsə, 8-12 manat arası yer pulu verməliyəm. Ona görə də məcburuq ki, sərnişinin birini 7-8 manatdan hesablayaq. Bizə deyirlər ki, yığılan pul avtovağzalın rəhbəri Nurəddin Məlikova çatır, biz nə edə bilərik ki?! Bəzi hallarda sərnişinləri ucuz aparmaq üçün avtovağzaldan 50 metr kənarda dayanırıq ki, “haqq” almasınlar. Onda da gəlib deyirlər ki, bu ərazilər Nurəddin Məlikovun nəzarətindədir, pulu verməlisiz. Hücum edirlər…”.

Sürücülər arxiv.bizimxeber.az-a bildirib ki, bu məsələ dəfələrlə mətbuatda işıqlandırılıb, nəticə yoxdur. Avtobusların da istismara yararsız olduğu aydın müşahidə edilir. Sərnişinlər bundan narahat olduqlarını ifadə ediblər: “Əvvəllər rahat mikroavtobuslar var idi, deyilənə görə, onları satıblar.

Əvəzində isə bu cür yararsız avtobusları xəttə buraxıblar. Nəzarət etmirlər, balaca avtobusa 20-dən çox sərnişin mindirirlər, belə olmaz, qəza olsa, kim cavab verəcək?

Eləcə adambaşına 1 manat haqq almağı bilir… Dəfələrlə şikayət olunub, baxan yoxdur”. Sərnişinlər rayon icra hakimiyyətinin bu məsələyə nəzarətinin vacib olduğunu qeyd ediblər: “Hazırkı icra başçısı Sevindik Hətəmovdur, fəaliyyəti hiss olunmur, kimə deyək dərdimizi…”.

arxiv.bizimxeber.az xatırladır ki, bir neçə il öncə, Salyan rayon avtovağzalının direktoru Nurəddin Hidayət oğlu Məlikov bıçaqlanmışdı. Hadisəyə avtovağzalın direktorunun öz işçisini təhqir etməsi səbəb olmuşdu. Belə ki, xadimə xanımı təhqir edən direktoru xadimənin oğlu cəzalandırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə