Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp: “Mən yunanları sevirəm”
Tramp: “Mən yunanları sevirəm”
25 Mart 2017 / 14:01 / Baxış sayı: 444
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Tramp Ağ evin Yunanıstanın milli bayramı Müstəqillik gününün və yunan-amerikan icmasının şərəfinə təşkil etdiyi tədbirdə çıxışına “Mən yunanları sevirəm” sözləri ilə başlayıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Yunanıstan mətbuatı D. Trampın çıxışının videoyazısını dərc edib. ABŞ prezidenti deyib: “Mən yunanları sevirəm, mən yunanları necə də sevirəm. Unutmayın ki, mən Nyu-Yorkdanam. Orada hər yerdə yunanları görmək mümkündür. Onlar hər yerdədirlər”.

D. Tramp yunan mənşəli Ağ evin aparat rəhbəri Rayns Pribusun töhfəsini yüksək qiymətləndirib və bəyan edib ki, bu, ölkədə əsas yunanlardan biridir. Prezident yunan mənşəli digər əməkdaşların da töhfəsini qeyd edib. D. Tramp əlavə edib ki, Yunanıstanın Müstəqillik günü Ağ evdə 30 ildir qeyd edilir, bu ənənənin əsasını isə Ronald Reyqan qoyub. Tədbirdə Yunanıstanı bu ölkənin milli müdafiə naziri Panos Kammenos təmsil edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə