Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“PAŞA Həyat Sığorta” ilin I rübünü uğurla başa vurub
“PAŞA Həyat Sığorta” ilin I rübünü uğurla başa vurub
26 Aprel 2013 / 13:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin birinci rübü üzrə sığorta fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin birinci rübünün yekunu olaraq, “PAŞA Həyat” 8,352 mln. manat sığorta haqqı ilə şirkətlər sırasında ilk üçlüyə daxil olub. Ötən ilin yanvar-mart ayları üzrə yığımlara diqqət yetirsək görərik ki, şirkətin bu ilin birinci rübündə topladığı yığımlar qeyd olunan dövrlə müqayisədə təxminən 7 dəfə çox olub. Göstərilən dövrdə şirkətin məcmu yığımlarında icbari sığortanın payı 45%-ə, könüllü sığorta növlərinin payı isə 55%-ə çatıb. Bu isə “PAŞA Həyat”ın könüllü həyat sığortası növlərinin inkişafına daha çox üstünlük verməsi deməkdir.

Portfel əsasən həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritik xəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqqlarından formalaşıb. Bundan başqa, bu ilin birinci rübündə şirkət tərəfindən sığorta riskləri üzrə 0,148 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 53% çox olub. Ödənişlərdə 0,142 mln. manat istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünə, 0,006 mln. manat isə könüllü həyat sığortası növlərinin payına düşüb. Bazar üzrə məcmu ödənişlərdə şirkətin xüsusi çəkisi isə 0,6% təşkil edib.

Ümumiyyətlə, qeyd olunanlar bir daha sübut edir ki, “PAŞA Həyat” Azərbaycan sığorta bazarının düzgün strategiya həyata keçirən əsas və fəal iştirakçılarından biridir. Qeyd edək ki, şirkətin əsas missiyası peşəkar, çevik və etibarlı xidmət göstərməklə müştərilərin maliyyə sabitliyini və arxayınçılığını təmin etməkdir. “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə