Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-dan YouTube-a ZƏRBƏ
ABŞ-dan YouTube-a ZƏRBƏ
26 Mart 2017 / 16:06 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4

ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar “YouTube” saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.

“Bizimxeber” APA-ya istinadən xəbər verir ki,  “Pepsi”, “Walmart” və “Starbucks” şirkətləri də bu kampaniyaya qoşulublar.

“Pepsi” şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin “YouTube”-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. “Walmart” bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. “Starbucks” də müvəqqəti olaraq “YouTube”-də reklamlarını dayandırdığını açıqlayıb.

Qeyd edək ki, bir neçə şirkətin “YouTube”-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət “YouTube”-nin məxsus olduğu  “Google” şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti “Verizon i AT&T”, kosmetika və tibb avadanlıqları istehsalçısı “Johnson & Johnson”, Böyük Britaniyanın “Royal Bank of Scotland”, HSBC və “Lloyds” bankları var.

“Google” şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə