Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TQDK əməkdaşının döyüldüyünü təsdiqlədi
TQDK əməkdaşının döyüldüyünü təsdiqlədi
26 Aprel 2013 / 14:13 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə baş verən qalmaqala aydınlıq gətirib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elnur Nağızadə Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, həmin məktəbdə monitorinq imtahanı zamanı şagirdlər intizamsızlıq ediblər:

“XI şagirdlərinin monitorinq imtahanı aparılıb. XI sinif şagirdləri monitorinq imtahanlarının gedişinə mane olmaq üçün kobudluq və intizamsızlıq ediblər. İmtahan rəhbəri isə sərt reaksiya göstərib və bu, onlar tərəfindən təkrar kobudluqla qarşılanıb”.

Xatırladaq ki, Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə TQDK nümayəndələri ilə məktəb şagirdləri arasında xoşagəlməz hal yaşayıb. Belə ki, TQDK-nın nümayəndələri 11-ci sinifləri yoxlamaq üçün adı çəkilən məktəbə yollanıb. Sinfə daxil olan nümayəndələr 11-ci sinifdə bir qızın hicablı olduğunu görüb, ondan tələb ediblər ki, təcili başını açsın. Hicablı şagird soyuqqanlılıqla “açmıram” deyib. Bunu görən və pərt olan həmin TQDK nümayəndəsi sinif qarşısında “yüz oyundan çıxırlar, sonra da başlarını bağlayırlar” deyərək qızı təhqir ediblər. Dərsdən sonra sinif oğlanları məktəbin həyətinə yığılıb həmin şəxsləri döyüblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə