Загрузка...
Xəbər lenti



Загрузка...

Bakıda 4 uşaq atası bulvarda intihar etdi – YENİLƏNİB
Bakıda 4 uşaq atası bulvarda intihar etdi – YENİLƏNİB
27 Mart 2017 / 10:51 / Baxış sayı: 592
Font1 Font2 Font3 Font4

Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 39 yaşlı Osmanov Kərəm Oruc oğlu 4 uşaq atası olub.

Lent.az xəbər verir ki, İsmayıllı rayonunun Mücü kəndindən olan K.Osmanov Bakıda kirayə yaşayırmış və günəmuzd usta-fəhlə işi ilə məşğul olurmuş.

 

K.Osmanovu tanıyanlar onu sakit təbiətli şəxs kimi xarakterizə edib və maddi çətinliklərinin olduğunu deyiblər.

 

Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə ataraq həyatına son qoyub. Hadisə şahidləri dənizə xilasedici ip atsalar da o, bundan imtina edib və suyun dibinə enib. Bir qədər sonra isə K.Osmanovun meyiti sudan çıxarılıb.

*****

23:50

Bu gün axşam saatlarında bulvarda özünü dənizə atan şəxsin kimliyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, özünü dənizə ataraq öldürən şəxs 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğludur. O, İsmayıllı rayonunun Mücü kəndinin sakinidir.

Bildirilir ki, onun  şəxsiyyət vəsiqəsi cibindən tapılıb.

**

21:57

Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib. Lent.az-ın  məlumatına görə, saat təxminən 21:30 radələrində bulvarın Hökümət Evi ilə üzbəüz istiqamətindən özünü dənizə atan şəxsi xilas etmək mümkün olmayıb. Şəxsiyyəti hələ dəqiqləşdirilməyən  şəxs onu xilas etmək üçün ətrafdakıların dənizə atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və dənizin dərinliklərinə qərq olub.

Hazırda onun meyitinin dənizdən çıxarılmasına çalışılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə