Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

GUAM hökumət başçılarının iclası başladı
GUAM hökumət başçılarının iclası başladı
27 Mart 2017 / 11:39 / Baxış sayı: 148
Font1 Font2 Font3 Font4

Kiyevdə GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət başçılarının görüşü keçirilir.

“Report”un Ukrayna bürosunun məlumatına görə, Ukraynanın hökumət başçısı Vladimir Qroysman, Gürcüstanın hökumət başçısı Giorgi Kvirikaşvili, Moldovanın hökumət başçısı Pavel Filip və Azərbaycanın baş nazirinin müavini İsmət Abasovun iştirakı ilə keçirilən görüşdə tərəflər GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafını müzakirə edəcəklər.

Görüşün yekununda GUAM Azad Ticarət Zonası yaradılması barədə razılığa əlavə protokolun imzalanması gözlənilir. Bu protokol işçi orqanın yaradılması və fəaliyyətini – bu saziş çərçivəsində tərəflərin koordinatorunu, eləcə də GUAM-a üzv ölkələrin dövlət sərhədindən keçən malların və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması haqqında protokolu müəyyən edəcək.

Görüşdə tərəflər mal və nəqliyyat vasitələrinin GUAM ölkələrin sərhədlərindən keçməklə tranzitinin asanlaşdırılması haqqında sazişin imzalanması üçün hazırlıq məsələlərini müzakirə edəcəklər. Bu saziş isə öz növbəsində, Avropa və Asiya arasında əlaqələndirici mühüm hissəsi kimi GUAM nəqliyyat dəhlizinin inkişafına təkan verəcək.

Biizmxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə