Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mühafizəçilər üçün yeni ayaqqabı icad edildi – FOTO
Mühafizəçilər üçün yeni ayaqqabı icad edildi – FOTO
27 Mart 2017 / 16:57 / Baxış sayı: 328
Font1 Font2 Font3 Font4
Türkiyənin Şanlıurfa vilayətində xüsusi mühafizə xidməti işçisi olan 38 yaşlı İbrahim Xəlil Boz yeni ayaqqabı hazırladığını söyləyib.
FaktXəbər-in CNNTürk-ə istinadən verdiyi məlumata görə, İbrahim Xəlil Boz bildirib ki, hazırladığı ayaqqabı dövlət adamlarının xüsusilə terror bölgələrinə səfərlərini nəzərə alaraq istifadəçinin mövqe məlumatlarını müəyyən edən GPS sistemi ilə təchiz edilib və siqnal kəsici xassəyə malikdir.
Masaj, soyutma və isitmə sistemi də olan ayaqqabı aktiv vəziyyətdə olarkən istifadəçinin mövqeyini kompüterə ötürür və kənardan idarə edilən bombalara göndərilən siqnalları da zərərsizləşdirir.
“Jammer 2023” adını verdiyi ayaqqabını 8 ayda 500 lirəyə hazırladığını söyləyən İbrahim Xəlil Boz, bundan əvvəl də mina axtarışında istifadə edilən detektorlu ayaqqabı hazırladığını və ardıcıl istehsal üçün dəstək gözlədiyini bildirib.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə