Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabunçu rayonunda canlı aləm diri-diri basdırılır – FOTOLAR
Sabunçu rayonunda canlı aləm diri-diri basdırılır – FOTOLAR
27 Mart 2017 / 17:17 / Baxış sayı: 2600
Font1 Font2 Font3 Font4

 

Bakıda Bakıxanov qəsəbəsilə Nizami rayonu arasında gözəl bir park yerləşir. “Bizimxeber” “təzadlar.az”a istinadən xəbər verir ki, park “Start” idman kompleksinin tam aşağısında yerləşir.

Hər il yayın cırhacırında insanlar özlərini həmin parkın yuxarısında yerləşən restorana yetirir, çöldə bir masada əyləşib təbiətin bu gözəl və füsunkar mənzərəsini seyr etməyə çalışırlar. Bakının küləyini özünə çəkən bu yerlər xeyli sərin olur.

Lakin indi bu park təhlükə ilə üz-üzə qalıb. Park dörd tərəfdən hasara alınıb. Park az qala ağacların üstünü örtəcək qədər yararsız daş-torpaq tullantıları altında basdırılır. Tez-tez əraziyə gələn yük maşınları daşıdıqları tullantıları əraziyə boşaldıb yenidən parkı tərk edirlər. Sanki təbiətin bu gözəl mənzərəsinin tamamilə sıradan çıxarılması üçün ciddi işlər gedir.

Yerli sakinlərin bildirdiyinə görə, Sabunçu rayonunun müxtəlif yerlərində inşa olunan binaların fundamentindən çıxarılan tullantılar bu ərazilərə daşınır.

Hər maşın tullantıda cüzi qənaət etmək məqsədilə parkın məhv olmasına səbəb olur.

“Bizimxeber”



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə