Загрузка...
Xəbər lenti



Загрузка...

Quba-Qusar yolundakı qəzada yaralı sayı beşə çatdı – VİDEO, YENİLƏNİB
Quba-Qusar yolundakı qəzada yaralı sayı beşə çatdı – VİDEO, YENİLƏNİB
27 Mart 2017 / 20:13 / Baxış sayı: 230
Font1 Font2 Font3 Font4

Hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb

Bu gün Quba-Qusar yolunun 7 ci km-də baş verən qəzada yaralananların sayı artıq 5-ə çatıb. Bu barədə İstiPress-in şimal bürosuna Qusar rayon mərkəzi xəstəxanasından açıqlama verilib. Yaralananlardan 28 yaşlı Quba şəhər sakini Malik Həmidov VAZ 2107-nin sərnişinidir, o reanimasiya şöbəsində müalicə olunur. BMV-də olan sürücü və sərnişinlər – 40 yaşlı Ceyhun Allahverdiyev, 40 yaşlı Albert Rəhimov, 29 yaşlı Zaur Rəhimov isə Qusar rayon sakinləridir. Onlar xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriblər.

saat 16:32

Quba-Qusar yolunun 7-ci km-də baş verən qəzada həyatını itirənlərin kimliyi aydın olub. Quba polis şöbəsindən İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, ölənlərin biri VAZ 2107-nin sürücüsü, Quba şəhər sakini Novruz Baloğlan oğlu Vahidi və sərnişin, 33 yaşlı Quba şəhər sakini Ruslan Mirzəbala oğlu Şahmirzəyevdir. Qəzada 4 nəfər yaralanıb. Onlar Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Mübariz Zeynalovun verdiyi məlumata görə, onlardan biri ağır olduğundan reanimasiyaya, üçü isə cərrahiyyə şöbəsindədir.

Ağır qəzanın baş vermə səbəbi araşdırılır.

saat 15:32

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İstiPress-in şimal bürosunun xəbərinə görə, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.

40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.

İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə