Загрузка...
Xəbər lenti



Загрузка...

Bananın bahalaşma SƏBƏBİ
Bananın bahalaşma SƏBƏBİ
27 Mart 2017 / 20:30 / Baxış sayı: 368
Font1 Font2 Font3 Font4

Novruz Bayramı ərəfəsində ən çox bahalaşan məhsul heç şübhəsiz ki, banandır. Bu meyvə hazırda mağazalarda 3,80 AZN-ə satılır. Bir ay əvvələ kimi, 1,50 AZN-ə satılan bananın qısa zaman ərzində bu qədər bahalaşması müzakirə mövzusuna çevrilib. 

Baku.ws-in əməkdaşının mağazalarda apardığı müşahidələrdən aydın olub ki, bananın qiyməti 3,75 AZN-lə 3,85 AZN arasında dəyişir. Mağazalar bananı “Meyvəli” topdansatış meyvə-tərəvəz bazasından təxminən 3,50 AZN-ə aldıqlarını bildirirlər. Bazadan qiymətin niyə bahalaşdığı ilə bağlı heç bir açıqlama verilmir. Mağaza sahibləri aldıqları bananın üzərinə çox az qiymət qoyduqlarını bildirirlər.

Bəs ölkəyə gətirilən məhsulun qəfildən bu qədər bahalaşmasının iqtisadi əsasları varmı?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov açıqlamasında bananın qiymətinin qəfil bahalaşmasına münasibət bildirib. İqtisadçının sözlərinə görə, bananın bayram ərəfəsində 2 dəfəyə yaxın bahalaşmasının iqtisadi baxımdan əsası yoxdur:

“Bizim tədqiqatlar da göstərir ki, dünya bazarında bananın qiyməti fevral ayında yanvar ayına nisbətən 6,7% artıb. 2016-ci ilin avqust ayı ilə müqayisədə dünya bazarında qiymət artımı yoxdur. Banan idxal məhsuludur. Bununla yanaşı, son bir ildə manatın məzənnəsi stabil qalıb. Bananın Azərbaycana idxalı üçün əlavə vergi tətbiq edilməyib. Fevral ayında manat dollara nisbətdə möhkəmlənib. Bu konteksdən bananın qiymətinin artımı yox, ucuzlamşası qeydə alınmalıdır. İqtisadi əsaslar bu prosesin getməli olduğunu göstərir”.

ABŞ bazarında bananın topdan satış qiyməti hazırda 1,05 dollar civarındadır. Digər bazarlarda isə qiymət daha da aşağıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə