Загрузка...
Xəbər lenti



Загрузка...

Mehman Hüseynovun şikayəti üzrə məhkəmə başladı
Mehman Hüseynovun şikayəti üzrə məhkəmə başladı
28 Mart 2017 / 0:55 / Baxış sayı: 278
Font1 Font2 Font3 Font4

Məhkəmə sənədləri təqdim etmək üçün prokurorluğa vaxt verdi

Martın 27-də Səbail Rayon Məhkəməsində bloqçu Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində cinayət işinin başlamasının rədd edilməsi barədə qərarından şikayətə baxılıb.

Hakim Aytən Əliyevanın sədrlik etdiyi proses qapalı keçirilib. İclasda Mehman Hüseynovun iştirakı təmin edilib. Onun hüquqlarını vəkilləri Elçin Sadıqov və Fuad Ağayev müdafiə edib.

Vəkil Elçin Sadıqov jurnalistlərə bildirib ki, prokurorluq cinayət işinin başlanması barədə rədd qərarının materiallarını Mehman Hüseynova və müdafiəçilərə təqdim etmədiyi üçün, bununla bağlı vəstət qaldırıblar.

Vəkil Fuad Ağayevin sözlərinə görə, müstəniq qərarda müxtəlif şəxslərdən izahat alması, məhkəmə tibbi ekspertiza keçirilməsi, sorğular göndərməsi və digər prosessual hərəkətlər etməsini qeyd edib. “Qərardan belə aydın olur ki, müstəntiq üzərinə düşən vəzifəni tam və hərtətəfli yerinə yetirməyib. Ona görə də cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın materiallarının bizə təqdim edilməsini istədik. Çünki müstəntiq məhkəməyə materiallarla gəlir, bizim əlimiz isə boşdur. Bizdə yalnız onun qəbul etdiyi yekun qərar var. Materiallar bizə təqdim edilməlidir ki, məhkəmə iclasının tərəflərin bərabərhüquqlu çəkişmə prinsipi ilə keçirilməsi təmin edilsin”.

Vəkillərin bildirdiyinə görə, məhkəmə vəsatəti təmin edib və sənədlərin təqdim edilməsi üçün martın 28-dək vaxt verib.

Vəkillər həmçinin əlavə şahidlərin dindirilməsi, Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsində olan zamana aid kamera görüntülərinin alınması və Mehman Hüseynovun tibbi ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıblar. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Proses 28 mart saat 14.00-da davam edəcək.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin   535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

O, işgəncə faktının araşdırılması və cinayət işi başlanması üçün prokurorluğa müraciət etsə də, prokurorluq cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

DİN də onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. (Bizimyol.info)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə