Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı müğənni qətl törədilən məkanda – VİDEO
Azərbaycanlı müğənni qətl törədilən məkanda – VİDEO
28 Mart 2017 / 0:59 / Baxış sayı: 490
Font1 Font2 Font3 Font4

Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb

Bakıda gecə klubunun inzibatçısı qətl törədib. Hadisə gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İstiPress-in məlumatına görə, bu barədə xezerxeber məlumat yayıb.

Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə Telman Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, “Do Re Mi” barının inzibatçısı – Bakı şəhər sakini Fərhad Musayevlə mübahisə edib. İnzibatçı Fərhad Musayev aralarında baş verən münaqişə zəminində Telman Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən Fərhad Musayev dostu ilə birgə Telman Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orda dünyasını dəyişib.

Məlumata görə, həmin gün gecə klubunda müğənnilərdən birinin konsert proqramı olub. Mərhum Telman Məmmədov isə dostları ilə həmin partidə iştrak edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı Fərhad Musayevi saxlayıblar.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qətlin motivi araşdırlır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə