Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Magistratura və rezidenturaya sənəd qəbulunun son günüdür
Magistratura və rezidenturaya sənəd qəbulunun son günüdür
28 Mart 2017 / 9:44 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4

2017/2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 12 mindən çox bakalavr sənəd verib.

“Report”un məlumatına görə, bu gün saat 09.23-ə olan statistikaya əsasən magistratura səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçən 12 654 sənəddən Azərbaycan bölməsi üzrə 11 429-i, rus bölməsi üzrə isə 1 225-ü təsdiq edilib.

Bundan başqa, 2017/2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd verən 1 053 namizədin 908-i Azərbaycan bölməsinə, 145-i isə rus bölməsinə aiddir.

Xatırladaq ki, elektron ərizələrin təsdiqi prosesi bu gün axşam saat 23.59-da yekunlaşacaq.

Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) bu gün saat 17.00-dək müraciət edə bilərlər. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə