Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil Nazirliyi jurnalistlərə müraciət etdi
Təhsil Nazirliyi jurnalistlərə müraciət etdi
26 Aprel 2013 / 16:24 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Təhsil Nazirliyi KİV-lərə müraciət edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Nazirliyin rəsmi saytında verilən məlumata görə, bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.

Eyni zamanda bildirilir ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq. Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin [email protected] elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə